Lənkəran şəhər Heydər Əliyev Mərkəzində sərgi keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində sərgi keçirilib

Aprelin 16-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90-illik yubileyinə həsr olunmuş "Nə qədər ki, Azərbaycan var məndə varam" adlı sərgi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sərgidə Mərkəzin rəsm studiyasının fəallarının əl işləri nümayiş etdirilib.

Mərkəzin direktoru Seyidzadə Şəfiyeva sərginin açılışında Ümummilli Liderin ictimai-siyasi irsi haqqında məlumat verib, bu dahi insanın cəmiyyətin əsas potensial qüvvəsi kimi uşaq və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinə və mədəni irsə varislik prinsiplərinə, uşaqların maraq dairələrinin öyrənilməsi və inkişaf etdirilməsi məsələlərinə çox böyük önəm verdiyini vurğulayıb. Sonra əl işlərinin nominasiyalar üzrə qalibləri mükafatlandırılıb. Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Ümüd Cabbarlı, Liman şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aytac Əbdülrəhimli , şəhər 4 saylı tam orta məktəbinin 7-ci sinif şagirdi Jalə Əliyeva, 6 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Gülşən Mirzəyeva və ən kiçik iştirakçı nominasiyası üzrə şəhər 4 saylı orta məktəbinin 1-ci sinif şagirdi Jalə Ağazadəyə diplomlar təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə