Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının kollektivi beynəlxalq festivaldan qayıdıb. Teatrdan SİA-ya verilən məlumata görə, kollektiv martın 26-dan aprelin 4-dək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil olunub. Yaradıcı heyətə rəhbərliyi teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov edib.
Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140" və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya" mövzularında çıxış edib.
Dünyanın bir çox ölkələrinin iştirak etdiyi festivalda maraqla qarşılanan "Kontrabas" bir sıra mükafatlara layiq görülüb. Tamaşada əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı, prezident mükafatçısı Şövqi Hüseynov çıxış edib. Tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı, Misir ölkələrindən festivala qatılmış teatr mütəxəssisləri və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festival çərçivəsində Avstiya, Hindistan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərləri arasında qarşılıqlı yaradıcılıq əlaqələri barədə söhbət aparılıb.
Məlumat üçün bildirək ki, "Kontrabas" tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB