Jurnalistlər "Park Cinema"da eşq yaşayacaqlar

Jurnalistlər "Park Cinema"da eşq yaşayacaqlar

Park Cinema türk filmləri ilə bağlı layihəsini davam etdirir. SİA-nın məlumatına görə, layihənin davamı olaraq aprelin 5-i Türkiyənin "Sinegraf Film Productions" və "United İnternational Pictures"in təqdim etdiyi "Aşk kırmızı" filminə press-baxış keçiriləcək.

Məlumat üçün bildirək ki, mətbuat baxışı "Park Cinema" kinoteatrında baş tutacaq.

Qeyd edək ki, filmin süjeti qadınla kişi arasındakı münasibətlərə əsaslanır. Emosiyalarla dolğun və süjet gedişatının gözlənilmədən dəyişilməsi tamaşaçını sözsüz ki təsirləndirəcək. Hər növbəti səhnə gözlənildiyindən daha gözəldir. Bu film "Uzun hekayə", "Doludizgin yıllar", "Acı həyat" və başqa filmlərlə tanınmış Türkiyənin məşhur prodüseri, rejissoru və ssenaristi Osman Sınavın növbəti uğurlu işidir.

Bütün xəbərlər Facebook səhifəmizdə