Nazir: “Gərək paytaxtdakı teatrları bağlayaq”

Nazir: “Gərək paytaxtdakı teatrları bağlayaq”

"Regionların mədəniyyət və turizm şöbələrindən nazirliyə müraciətlər olunur ki, tədbirlərin keçirilməsi üçün bizə Bakıdan aktyorlar göndərin. Biz isə hər regiona 7-10 nəfər aktyor göndərsək, onda gərək paytaxtdakı teatrları bağlayaq". SİA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" ümumrespublika müşavirəsində çıxışı zamanı belə deyib.

O bildirb ki, regionlar üzrə mədəniyyət və turizm şöbələrinin hər biri yaradıcılıq proseslərində fəal iştirak etməlidirlər: "Sizin vəzifəniz odur ki, şəbəkənizlə birlikdə tədbirləri elə təşkil edəsiniz ki, sizin dəvətinizlə Bakıdan yalnız bir tanınmış mədəniyyət nümayəndəsi orada iştirak etsin. Əslində biz rayonnların yaradıcı insanlarından istifadə etməliyik, lakin proses əksinə cərəyan edir. Artıq vaxtdır ki, siz də yaradıcı proseslərə qoşulasınız".

Bütün xəbərlər Facebook səhifəmizdə