Məşhur aktyor 73 yaşında vəfat etdi FOTO

Türkiyənin tanınmış aktyoru Dinçer Çekmez 73 yaşında vəfat edib. SİA-nın məlumatına görə, bu barədə xəbəri aktyorun şəxsi "Facebook" səhifəsində qızları yayıb: "Böyük sənətkar, usta aktyor, ziyalı atam Dinçer Çekmez bu gün saat 4 radələrində vəfat edib. Hər birimizin başı sağ olsun".

Qeyd edək ki, aktyor əsasən Kamal Sunalla (Şaban) komediya janrında çəkildiyi "Şərq bülbülü", "Tarzan Rıfkı", "İnək Şaban", "Şaban əsgərdə", "Süd qardaşlar", "Şabanoğlu Şaban", "Atla gəl Şaban" və başqa filmlərlə məşhur olmuşdu. Dinçer Çekmez "Min bir gecə" serialında Bürhan Evliyaoğlu və "Adını Feriha qoydum" serialında Ferihanın atası Rza obrazını canlandıran Metin Çekmezin böyük qardaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə