Martın 1-dən 3-dək Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni yaradıcılıq əməkdaşlıqlarının genişləndirilməsinə xidmət edən qastrol səfəri çərçivəsində teatrın yaradıcı heyəti uşaqlar üçün "Ağ ayın nağılı" ("Сказка белого месяца"), böyüklər üçün isə İtalyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" ("Трактирщица") tamaşalarını nümayiş etdirəcəklər.
Müəllifi və rejissoru Rusiya və Kalmıkın əməkdar incəsənət xadimi Boris Manciyev olan "Ağ ayın nağılı" tamaşasının baletmeysteri Kalmıkın əməkdar mədəniyyət işçisi İrina Samsonova, bəstəkarı Kalmıkın əməkdar incəsənət xadimi Arkadi Manciyevdir. Tamaşa martın 1-dən 3-dək saat 12.00 və 15.00-da nümayiş etdiriləcək.
Martın 2-i və 3-də saat 19.00-da nümayiş etdiriləcək iki hissəli "Mehmanxana sahibəsi" komediyasının rejissoru Kalmıkın əməkdar incəsənət xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru Kalmıkın əməkdar mədəniyyət işçisi İrina Samsonovadır.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiyanın Kalmık Respublikasında fəaliyyət göstərən Milli Dram Teatrı rəhbərlikləri arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB