"Yaramaz" elektron formatda

Azərbaycan Dövlət Film Fondu Vaqif Mustafayevin "Yaramaz" filmini bərpa edərək rus dilində elektron formata çevirib. SİA-nın məlumatına görə, təşəbbüs Rusiya Dövlət Film Fondu ilə birgə reallaşıb.

Qeyd edək ki, rejissor Vaqif Mustafayevin 1988-ci ildə ekranlaşdırdığı filmin operatoru Aleksandr İlxovski, bəstəkarı Emin Sabitoğludur. Ramiz Fətəliyev və Vaqif Mustafayevin ssenari müəllifləri olduqları filmdə bir çox tanınmış aktyorlar çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə