"Nizami" Kino Mərkəzinə yeni direktor təyinatı olub. SİA-nın əldə etdiyi məlumata görə, yeni vəzifəyə Vüqar Zeynalov təyin olunub. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumatı təsdiqləsə də, həmin şəxs barəsində heç nə bilmədiyini dedi: "Gedin özünüz öyrənin, mən heç nə bilmirəm".
Qeyd edək ki, İ.Hümbətovun bu cür sərt cavabları ilə ilk dəfə qarşılaşmırıq. Bir sıra məsələlərlə əlaqədər münasibət öyrənmək istədiyimiz zaman da mətbuat katibi əməkdaşlarımıza bu tərzdə cavab verib. Mətbuat katibinin verdiyi cavabı xüsusilə diqqətinizə çatdırırıq: "İş yeriniz Nizami Kino Mərkəzinin yaxınlığında yerləşir, gedin özünüz öyrənin! Mən heç nə bilmirəm".
Vüqar Zeynalovla danışmaq üçün əlaqə telefonu istəmək cəhdimiz də boşa çıxdı. Mətbuat katibi öz sərtliyini qoruyaraq bu sualımızda da "ağzımızdan vurdu": "Bunu da bilmirəm, axtarın özünüz tapın. Gedin direktorun müavini İlham Babayevlə görüşün. Hardan tapırsınız tapın, özünüz bilərsiz".
Bu da Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbərinin verdiyi cavab! Biz olduğu kimi çatdırdıq, dəyərləndirmək isə oxucularımızın işidir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB