Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniyanın müstəqillik qazanmasının 100 illiyi münasibətilə keçirilən rəsmi dövlət tədbirlərində iştirak etmək məqsədilə paytaxt Tirana şəhərində rəsmi səfərdədir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Əbülfəs Qarayev Albaniyanın Prezidenti Bucar Nişaninin iştirak etdiyi Yubiley Mərasimində, Skandenberg meydanında keçirilən parad, Rinia Prakında Müstəqillik Abidəsinin rəsmi açılış mərasimində, Konqres Sarayında təşkil olunan "Milli Səyahət" adlı konsert proqramı və Albaniyanın Dövlət Başçısı adından verilən rəsmi qəbulda iştirak edib.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilməsi də nəzərdə tutulub. Albaniyanın Baş naziri Sali Berişa, Turizm, Mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi ilə rəsmi görüşlər keçiriləcək.
Albaniya Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair Sazişin imzalanması planlaşdırılır.
Səfər proqramı çərçivəsində, həmçinin Albaniyanın Vlora və Apollo şəhərlərində turizm potensialı, mədəni irs nümunələri ilə tanışlıq da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB