“Park Cinema”dan kinosevərlərə xoş xəbər FOTO

“Park Cinema” bonus kart istehsal edib
“Park Cinema”dan kinosevərlərə xoş xəbər FOTO

"Park Cinema"dan kinosevərlərə xoş xəbər var. SİA-nın məlumatına görə, "Park Cinema" bonus kart istehsal edib. Həmin kartla bilet alarkən balansa yığılacaq bonuslarla istədiyiniz hər hansı filmə pulsuz dəvətnamə əldə edə biləcəksiniz.

Bonus kartla kinoteatrda balların toplanması ilə bilet haqqının ödənilməsi imkanı yaradır və öz sahibləri üçün xidmətlər və güzəştlər çeşidinin genişlənməsini nəzərdə tutur. Kartlar cari ilin dekabrın 31-dək kinoteatr tərəfindən keçirilən aksiyalar zamanı pulsuz sürətdə təqdim olunacaq.

İlkin mərhələdə, "Kart" öz sahibin hesabına, ümumi biletin dəyərinin 7.5% bal miqdarında güzəşt qazandırır. Sonra, kart sahibi, öz istəyinə görə, balların toplanmasına, növbəti toplanma mərhələsinə (10%, 12.5%) keçənədək davam edə və ya biletin ödəniləsi üçün artıq toplanmış ballardan istifadə edə bilər. "Kart", kinoteatrda biletləri alan zaman təqdim olunur.

Məlumat üçün bildirək ki, noyabrın 27-də bonus kartın təqdimatı olacaq.

"Park Cinema"da həmin gün, yəni noyabrın 27-də saat 20.00-da ABŞ istehsalı olan Sözlər ("Слова") filminin premyerası nəzərdə tutulur. Ekran əsərinin rejissoru Brayan Klaqman, Li Sterntaldır. Rollarda isə Bredli Kuper, Ceremi Ayrons, Oliviya Uayld və başqaları çəkilib. Film dram janrındadır. Filmdə məşhurluğun zirvəsinə çatmış bir ssenaristin həyatından bəhs edilir. Başqasının əlyazmasını oğurlayan bu insanı indi ağır cəza gözləyir.

Qeyd edək ki, "Park Cinema"da keçiriləcək filmin qapalı nümayişində yerli bomondun (yerli şou biznes, TV medianın foto stilist dünyasının tanınmışları) simaları da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə