Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1-dək davam edəcək.
Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. 8 Bakı, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılaraq, 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb.
"Zibil düşüncə", "13 yaşlı qızın gündəliyi", "Eqosit", "Qoy nəfəs alım", "Zibilə düşdük", "Oksigen balonu" və s tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə ustad-dərslərin yer aldığı və həyəcanla gözlənilən 3 günlük Art Kamp keçiriləcək.
Tədbirdə Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları, həmçinin QH və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB