“Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi keçirilir

“Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi keçirilir

Bu gün Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda kitab sərgi-yarmarkası açılıb. SİA-nın məlumatına görə, yarmarkada Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi, kitab mağazaları və mərkəzləri iştirak edir.

Sərgi-yarmarkada iştirak edən şair və yazıçıların oxucularla görüşüb öz imzaları ilə kitablarını təqdim etmələri üçün guşə də yaradılıb. Kitab sərgi-yarmarkası günün sonunadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə