Fizika üzrə Nobel mükafatı laureatları bəlli oldu

Fizika üzrə Nobel mükafatı laureatları bəlli oldu

Bu gün 2012-ci ildə fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Stokholm Kral İnstitutu yanında Nobel Komitəsi mərakeşli Serj Aroş və amerikalı Devid Uaynlendi eksperimental kvant mexanikası sahəsində araşdırmalara görə bu mükafata layiq görüb.

Qeyd edək ki, mükafatın məbləği 1,2 milyon dollar təşkil edir. Mükafatlandırma mərasimi dekabrın 10-da Stokholmda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə