Səs-küylü filmin müəllifi məhkəməlik oldu

Səs-küylü filmin müəllifi məhkəməlik oldu

Qalmaqallı "Müsəlmanların məsumiyyəti" filminin ehtimal edilən yaradıcısı, Nakula Basili Nakula təxəllüsü ilə tanınan Mark Basili Yusef oktyabrın 10-da Los-Ancelesdə federal məhkəmə qarşısına çıxacaq. SİA "Reuters"a istinadən bildirir ki, əvvəllər maliyyə cinayətlərinə görə məhkum olunan Yusef 2011-ci ildə azadlığa internetdən hüquq-mühafizə orqanlarının xüsusi icazəsi olmadan istifadə etməmək şərti ilə buraxılıb. Ona həm də ləqəbdən istifadə etmək qadağan edilmişdi.

"Reuters"in məlumatına görə, oktyabrın 10-da Yusefin işi üzrə ilkin iclas keçiriləcək və məhkəmə onun vaxtından əvvəl buraxılma şərtlərini pozub-pozmaycağını müəyyən edəcək.

Qeyd edək ki, Kopt xristian kilsəsinə aid Kaliforniya sakini Mark Basili Yusef (Nakulu) Məhəmməd Peyğəmbərin (ə.s.) təhqir edildiyi "Müsəlmanların məsumiyyəti" filminin yaradıcılarından sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə