Ölkəmizdə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, ənənəvi olaraq keçirilən tədbirin builki əsas müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləridir. Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, yerli və xarici elm və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə 2 oktyabrda Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində baş tutacaq. Beynəlxalq konfransın arxeologiya və etnoqrafiya mövzusunu əhatə elədiyini nəzərə alaraq, açılış mərasimində iştirakçılara ölkəmizin zəngin ənənələrinin və folklor nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.
3-4 oktyabrda beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcək. Bu müddət ərzində ölkəmizə səfər edən xarici nümayəndələr Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazilərində yerləşən mədəniyyət və irs nümunələri ilə tanış ola biləcəklər. Tədbir çərçivəsində "Azərbaycanın kərpic memarlığı" adlı rəsm sərgisinin təşkili nəzərdə tutulur.
Konfransın proqramını icea2012.miras.org.az elektron ünvanından izləmək mümkündür.
Qeyd edək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Doqquz Eylül Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB