Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Azər Mirzəyevin səhhəti pisləşib. SİA-nın məlumatına görə, aktyorun səhhəti iki gün əvvəl pisləşib və o, dərhal Mərkəzi Klinik Xəstəxanaya aparılıb.
Aktyorun həyat yoldaşının verdiyi açıqlamaya görə, hazırda Azər Mirzəyevin ürəyi 20-25 faiz işləyir: "Həkimlər ona hərəkət etməyi qəti şəkildə qadağan ediblər. Analizləri yoxlanılır və onun cərrahiyyə əməliyyatı olacağını deyirlər. Hələ ki əməliyyata hazırlıq aparılır və nə zaman olacağı müəyyənləşməyib. Ona aortanın anevrizmi diaqnozu qoyulub, vəziyyəti qənaətbəxş hesab olunmur".
Qeyd edək ki, əməkdar artist may ayında insult olub və bir müddət müalicə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB