Xalq şairinin adı əbədiləşdiriləcək

Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayon rəhbərliyi Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun adının əbədiləşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən şairin anadan olduğu Kəpənəkçi (Kvemo Bolnisi) kəndində yaradılacaq "Poeziya evi"nə Zəlimxan Yaqubun adı veriləcək.

SİA-nın xəbərinə görə, kəndin mərkəzində "Poeziya evi" üçün yer ayrılmış və yaxın günlərdə tikinti işlərinə başlanılacaq. Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qədim Kəpənəkçi kəndində "Poeziya evi"nin yaradılmasını Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub anadan olduğu kənddə "Poeziya evi"nin yaradılmasını təkcə onun yaradıcılığına deyil, bütövlükdə xalqımıza göstərilən qayğı və diqqətin nümunəsi kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...