"Azərbaycanda çəkilən heç bir serialı bəyənmirəm"

"Azərbaycanda çəkilən heç bir serialı bəyənmirəm"

Hazırda Türkiyədə yaşayan azərbaycanlı aktyor Murat Fətullayev Azərbaycan seriallarını bəyənmədiyini deyib. M.Fətullayev Bakıya ancaq gəzmək üçün gəldiyini dilə gətirib. SİA-ya açıqlama verən M. Fətullayev bunları deyib: "Azərbaycan rejissorları mənə bu yaxınlarda filmlərin birində çəkilmək təklifini etdilər. Ancaq mən qəbul etmədim. Çünki Azərbaycanda çəkilən heç bir serialı bəyənmirəm. Onu da deyim ki, Bakıya iş üçün yox, sırf gəzməyə görə gəlirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə