Azərbaycan yenə qələbə ilə qayıtdı

Azərbaycan yenə qələbə ilə qayıtdı

Qahirədə keçirilən V Səma Beynəlxalq Musiqi festivalında Azərbaycan Respublikasını kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən musiqi kollektivi təmsil edib. SİA-nın xəbərinə görə, festivalda Azərbaycan ilə bərabər, Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, Bosniya-Herseqovina, İndoneziya və digər dövlətlər iştirak edib.

Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyükmiqyaslı və nüfuzlu festivallardan biri hesab olunur.

Tədbir çərçivəsində Mehri Əsədullayeva Misirin "Məhəmməd Əli" və "Əl-Quturi" kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış edib. İncə və zərif Azərbaycan musiqisi nümunələrindən parçalar tamaşaçıların qəlbini oxşayıb. Mehri Əsədullayeva festivalın rəhbəri tərəfindən "dünyanın ən istedadlı qadın kaman ustası" adını verib.

Qeyd edək ki, festival və Azərbaycan sənətkarlarının ifası Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə