Gənc xanəndənin arzuları

Azərbaycanın gənc muğam ifaçısı Şaiq İbayev yenilikləri haqda məlumat verib. SİA-ya açıqlama verən müğənni Azərbaycanın dilbər guşələrinin birində istirahət etdiyini söyləyib: "Hazırda ana yurdum Bərdədə istirahət edirəm. Ancaq sentyabr ayında yeni mahnılar üzərində çalışacağam. İnanıram ki, ərsəyə gətirdiyim musiqilər uğurlu olacaq və müəyyən insanlar tərəfindən də bəyəniləcək".

Qeyd edək ki, sözügedən xanəndə xalq artisti Mənsum İbrahimovun tələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə