Dahi bəstəkar Fikrət Əmirovun 90 illiyinə həsr edilmiş yubiley konserti olub - FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da dahi bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley konserti olub.
Yubiley konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun "Azərbaycan süitası", "Kürd ovşarı" simfonik muğamı, "Sevil" operasından Balaşın və Sevilin ariyaları, "Azərbaycan elləri", fortepiano və skripka üçün konserti, "Şur" simfonik muğamı, "Azərbaycan kapriççiosu" səslənib.
Görkəmli xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Mənsum İbrahimovun, tanınmış dirijorlar - əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun, vokalçılar Gülnaz İsmayılovanın, Azər Rzazadənin, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun, dahi bəstəkarın Belçikada yaşayan nəvəsi, gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Nəzrin Əfəndiyevanın və Mustafa Mehmandarovun iştirakı ilə səsləndirilən əsərlər mindən çox tamaşaçı tərəfindən alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB