Azərbaycanın gənc pianoçuları ciddi rəqib sayılır

Azərbaycanın gənc pianoçuları ciddi rəqib sayılır

Almaniyanın Münhen şəhərində Birinci Beynəlxalq uşaq yaradıcılıq festival-müsabiqəsi başa çatıb. İlk dəfə keçirilən bu beynəlxalq festival-müsabiqədə Azərbaycanı təmsil edən Bakı şəhərindəki R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində çalışan əməkdar müəllim Tamilla Məmmədovanın fortepiano sinfinin şagirdləri Jalə Mailova, Emil Əhmədzadə və Rahib İsgəndərov uğurlu nəticələrə nail olublar.


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 9 ölkədən istedadlı uşaqların iştirak etdikləri musiqi bayramında fortepiano və fortepiano ansamblı nominasiyaları üzrə Jalə Mailova I mükafatlara, Emil Əhmədzadə müvafiq olaraq II və I mükafatlara, Rahib İsgəndərov isə II mükafata layiq görülüblər.


Festival-müsabiqənin Təşkilat Komitəsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə daxil olan məktubda Avropa və Asiyanın tanınmış musiqi məktəblərinin yetirmələri üçün ciddi rəqabət yaradan azərbaycanlı gənc pianoçuların tərbiyə edilməsinə yaradıcı və peşəkar yanaşmaya görə R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin pedaqoji kollektivinə minnətdarlıq bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə