\"Jedward\" qardaşları \"arzu fabrikası\"nı açır- FOTO

İrlandiyanı 2011 və 2012-ci illərdə Eurovision Mahnı Müsabiqəsinin səhnəsində təmsil edən \"Jedward\" cütlüyü yeniliklərdən yorulmur. John və Edvard qardaşları bu dəfə çoxsaylı tamaşaçıların arzularını gerçəkləşdirməyə qərar veriblər. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, şən və enerjili cütlük İrlandiyanın RTE Televiziyasında \"OMG-Jedward’s Dream Factory\" adlı layihəyə start verəcək.


\"Sevimli futbol komandanla məşq etmək istəyirsən? Bəlkə televiziya filminin qəhrəmanı olmaq arzusundasan? Və ya üslubunu bəyəndiyin ulduzla mağazaları gəzmək barədə düşünürsən? Bəlkə bir günlük kiminsə yerində olmaq istəyirsən?\" Bütün bu suallara \"Jedward\" belə cavab verir: \"Bu işdə biz sizə kömək edərik!\".


Qeyd edək ki, şouda John və Edvardla birlikdə yer almaq istəyən şəxslər iyulun 20-dək müraciətlərini göndərməlidirlər. Şouya 16 yaşınadək şəxslər qatıla bilər. Arzular yazılı formada və 100 sözdən artıq olmamalıdır. Beləliklə, şouya vəsiqə qazana bilən şanslı tamaşaçıları \"OMG-Jedward\'s Dream Factory\" layihəsinin ikinci mövsümündə \"Jedward\"la bol əyləncə və gözlənilməz sürprizlər gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə