Onun sözlərinə görə, uzun müddətdir ki, Türkiyədə müalicə olunan xalq artistinin yaşam qüvvəsi çox güclüdür: \"Həmişə deyir ki, burda olmaqdan çox yorulmuşam evə getmək istəyirəm. Yaşarın zehni də yerindədir. Aparılan müalicələrə müsbət reaksiya verir. Düşünürəm ki, iki həftəyə Bakıya qayıdacaq. Ona deyəndə ki, bir aya qayıdarsan, əsəbləşirdi. Həkimlə məsləhətləşəndən sonra vətənə qayıtmaq vaxtı daha da dəqiqləşəcək. Ola bilsin ki, nəzərdə tutulan vaxtdan tez gəlsin\".
\"Yaşarın fizioterapiyası qalıb. Əvvəlki Yaşar olmasa da indi özünü idarə edə bilir. Tamaşaçılara söz vermişik ki, Yaşarla birgə kiçik bir tamaşada oynayaq. İnşallah, bu arzumuzu həyata keçirməyi Allah bizə qismət edər\",- deyə C. Novruzov əlavə edib.
C. Novruzov xalq artistinin əlil arabasında olmasına da aydınlıq gətirib: \"Ayaqlarının üstündə uzun müddət dayana bilməməsinə görə əlil arabasında gəzir. Çünki uzun zamandır ki, yataqda olub. Buna görə də ayaq əzələləri zəifləyib\".
Türkiyədə yaşayan sənətçimiz yerli mətbuatda Yaşar Nurinin ölməsi ilə bağlı xəbər yazan jurnalistlərə də mesaj göndərib: \"Mətbuatda Yaşarın ölümü haqqında əsassız və mənasız xəbərlər çıxmışdı. Buradan həmin jurnalistlərə deyirəm ki, onların hamısına ayıb olsun\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB