Finlandiya \"Eurovision 2013\"dəki təmsilçisinin axtarışına başlayıb

Finlandiyanın YLE İctimai Televiziyası \"UUDEN MUSIIKIN KILPAILU 2013\" - Eurovision Mahnı Müsabiqəsi 2013-ün Milli Seçimlərinin tarixini və qaydalarını elan edib. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 3-dən mahnıların demo versiyalarının qəbuluna start veriləcək.


İştirakçılar sentyabrın 16-da yerli vaxtla saat 16.00-da Finlandiyanın Mannerheimintie radiosunda qəbul ediləcək. Yarışmaçıların dekabrın 3-dən əvvəl bu mahnıları kasset, DVD, CD, radio, televiziya, mobil telefon, internet və ya digər vasitələrlə yayması qadağandır. YLE televiziyası göndərilən ilkin versiyalar arasından 12 ən yaxşı mahnının siyahısını müəyyənləşdirəcək. Yarışmada iştirak etmək istəyən bəstəkar və aranjmançılara yaş məhdudiyyəti qoyulmur. İfaçıların yaşı isə 16-dan yuxarı olmalıdır. Qalib 2013-cü ilin fevralında Milli Finalda elan ediləcək və ölkəsini İsveçdə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində təmsil etmək şərəfinə sahiblənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə