Avropa Yayımları Birliyi \"Eurovision 2012\"nin səsverməsinin yekun nəticələrini açıqlayıb
Avropa Yayımları Birliyi mayın 26-da keçirilən Eurovision Mahnı Müsabiqəsi 2012-nin iki yarımfinal və final mərhələləri üzrə səsverməsinin yekun nəticələrini açıqlayıb. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, səsvermənin nəticələrinə görə, finalda iştirak edən 26 ölkənin yarışmadakı yerlərinin sıralanması belədir:
| Ölkə | Topladığı səs | |
1. | İsveç | 372 səs |
Azərbaycana \"Eurovision- 2012\"də iştirak edən 42 ölkədən 21-i səs verib: Albaniya (4 səs), Belarus (7 səs), Bosniya və Herseqovina (7 səs), Bolqarıstan (10 səs), Kipr (8 səs), Makedoniya (2 səs), Gürcüstan (10 səs), Yunanıstan (5 səs), İrlandiya (1 səs), İsrail (8 səs), Litva (12 səs), Malta (12 səs), Moldova (10 səs), Monteneqro (5 səs), Rusiya (10 səs), San Marino (4 səs), Serbiya (3 səs), Slovakiya (6 səs), Türkiyə (12 səs), Ukrayna (12 səs), Böyük Britaniya (2 səs).
Azərbaycan final mərhələsində İrlandiyaya 1 səs, Kiprə 2 səs, Ukraynaya 3 səs, Litvaya 4 səs, Yunanıstana 5 səs, Rumıniyaya 6 səs, İsveçə 7 səs, Maltaya 8 səs, Rusiyaya 10 səs, Türkiyəyə 12 səs verib.
Müsabiqənin qalibi İsveçə isə İtaliyadan başqa bütün ölkələr səs verib. Azərbaycandan İsveç təmsilçisinə 7 səs gedib.
Müsabiqənin finalının ikincisi Rusiyaya İsveçrədən başqa bütün ölkələr səs verib.
Yarışmanın final mərhələsinin sonuncusu olan Norveçə isə 3 ölkə - İslandiya, İsveç və Niderland səs verib.
Avropa Yayımları Birliyi həmçinin mayın 22 və 24-də keçirilən birinci və ikinci yarımfinalların səsverməsinin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, birinci yarımfinalın birincisi Rusiya (152 səs), ikinci yarımfinalın birincisi isə İsveç (181 səs) olub. Müsabiqənin final mərhələsinin 3-cüsü Serbiya 159 səslə ikinci yarımfinalda 2-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Eurovision Mahnı Müsabiqəsində səsvermə 50/50 prinsipi ilə tamaşaçı və münsiflər heyəti arasında aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB