Xalq artisti Zöhrab Adıgözəlovla vida mərasimi keçiriləcək

Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlov vəfat edib. SİA-nın məlumatına görə, Z. Adıgözəlov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.


Zöhrab Adıgözəlov 22 ilə yaxındır ki, Türkiyənin Eskişehir şəhərində çalışıb, orada Anadolu Universitetinin nəzdində olan konservatoriyada fortopiano kafedrasına rəhbərlik edib.


Qeyd edək ki, mərhumla vida mərasimi sabah saat 12:00-dan 14:00-a qədər Bakı Musiqi Akademiyasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə