Sabah “Eurovision-2012” Mahnı Müsabiqəsinin birinci yarımfinalının əsas məşqidir-VİDEO
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən 42 ölkə təmsilçisi artıq \"Bakı Kristal Zalı\"nda birinci və ikinci məşqlərini ediblər. Mayın 21-də saat 18.00-da isə birinci yarımfinal iştirakçılarının mətbuat üçün açıq məşqi olacaq. SİA-nın məlumatına görə, artıq həmin gün gecə saat 00.00-da tamaşaçıların iştirakı ilə birinci yarımfinalın 18 ölkəsinin əsas məşqi olacaq.
Bildirək ki, birinci yarımfinalda iştirak edən ölkələr sırasında Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB