Engelbert Hamberdinq: \"Müsabiqədə qələbə qazanmağ istəyərəm, ancaq elə də iddialı deyiləm\" - FOTOSESSİYA

Engelbert Hamberdinq: \"Müsabiqədə qələbə qazanmağ istəyərəm, ancaq elə də iddialı deyiləm\" - FOTOSESSİYA

Böyük Britaniyanın "Eurovision- 2012" təmsilçisi Engelbert Hamberdink "Bakı Kristal Zalı"nda ikinci məşqini edib. SİA-nın məlumatına görə, məşqdən sonra yarışmanın ən qocaman təmsilçisi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

"Ölkəmi bu müsabiqədə təmsil etmək mənim üçün şərəfdir. Bu mənə və mənim heyətimə inam verir. Bizim imkanlarımız ölkəmizi yüksək səviyyədə təmsil etməyə şərait yaradır",- deyən təmsilçi bildirib ki, müsabi qədə ifa edəcəyi mahnının hekayəsi çox böyükdür: "Bir- birini sevən iki insandan bəhs olunur. Sevgi insanların yaşadığı ən gözəl hissdir".

O, müsabiqədəki gərgin iş prosesindən zövq aldığını bildirib. \"Bu müsabiqədə iştirak edən hər bir kəs ona ürəyini verməlidir\" - deyən Engelbert Hamperdink məşqlərə böyük həvəslə gəldiyini, kameralardan və səhnə hazırlıqlarından zövq aldığını söyləyib. \"Eurovision Mahnı Müsabiqəsinə təmsilçi qismində qatıldıqdan sonra \"Love will set you free\" adlı mahnım çartlarda birinci oldu. 4 \"Grammy\" sahibi müsabiqənin ona gətirdiyi populyarlığı belə dəyərləndirib.

Avstraliya haqqında öz təəssüratlarını bölüşən Engelbert bildirib ki, oğlu orada yaşayır: "Avstraliyada çoxlu konsertlərim olub. Ora mənim üçün önəmli yerlərdəndir, çünki oğlum orada yaşayır".

76 yaşlı Hamberdinq gənc nəslin onu sevdiyini də vurğulayıb: "Əlbəttə ki, gənc nəsildən də fanlarım var. Necə ki, bu müsabiqədə gənclər üstünlük təşkil edir".

Əvvəlki illərdə keçirilən Eurovision mahnı müsabiqəsi ilə indiki yarışma arasında olduqca böyük fərq olduğunu deyən britaniyalı müğənni: "İndi daha çox şoulara üstünlük verirlər",- deyə əlavə edib.

Müğənni müsabiqədə iştirak edən digər ölkələr haqqında da danışıb. Onun sözlərinə görə, müsabiqədə iştirak edən digər təmsilçilər də istedadlıdırlar: "Baş tutan bütün məşqlərdən xəbərim var və hər kəs rəqibdir. Kimisə müqayisə etmək istəməzdim, çünki müqayisə həyatda daha önəmlidir. Bu müsabiqədə iştirak etmək karyeramda əsas yeri tutacaq. "Bakı Kristal Zalı" isə çox möhtəşəmdir. Uzun zamandır ki, səhnədəyəm. Bu zamana qədər bir çox mahnılarım var. Demək olar ki, bütün dünya məni tanıyır. Sizcə həyəcan ola bilər? Müsabiqədə qələbə qazanmağı istəyərəm, ancaq elə də iddialı deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə