İsrailin \"Eurovision 2012\" təmsilçisi \"İzabo\" qrupu \"Bakı Kristal Zalı\" səhnəsində ilk məşqini edib. SİA-nın məlumatına görə, 6 nəfərlik heyəti olan \"İzabo\"nun performansı maraqlı səhnə quruluşu ilə diqqət çəkib. \"Time\" (Zaman) adlı mahnı ilə Eurovision səhnəsinə çıxan \"İzabo\" qrupu \"saatların əsarəti\"ndə qalıb. Qrup üzvlərinin səhnə mizanı da qeyri-adiliyi ilə diqqət çəkib. \"İzabo\"nu səhnədə müşaiyət edəcək 2 bek vokalçı zaldan tamaşaçıların arasından səhnəyə daxil olaraq qrup üzvlərinə qoşulub.
Müsabiqənin bütün təmsilçiləri məşqlərdən sonra mətbuat konfransında iştirak etsələr də "İzabo" qrupu konfransa qatılmayıb. Qrup mühafizəçilərin əhatəsində Mətbuat Mərkəzində ayrılmış otaqlarda müsahibə veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB