\"Bakı Kristal Zalı\"nda ilk məşqi Monteneqro təmsilçisi edib

\"Bakı Kristal Zalı\"nda ilk məşqi Monteneqro təmsilçisi edib
\"Bakı Kristal Zalı\"nda ilk məşqi Monteneqro təmsilçisi Rambo Amadeus edib. SİA-nın məlumatına görə, təmsilçinin məşqi təxminən 20 dəqiqə çəkib. Təmsilçi öz səsinə çox güvəndiyini deyib: \"Səsimə və çıxışıma çox güvənirəm. Ancaq tamaşaçıların ifam haqqında nə deyəcəklərini bilmirəm. İfaçı üçün əsas olan öz mahnısını bəyənməsidir. Mahnım digər ifalardan çox fərqlənir\".


Məlumat üçün bildirək ki, hər ölkə təmsilçisinin məşqindən sonra mətbuat konfransı keçiriləcək.


Qeyd edək ki, Monteneqroda keçirilən milli seçim turlarında \"Eurovision-2012\" təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pušić) olan Rambo Amadeus 1963–cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə