\"Eurovision 2012\"nin iştirakçıları mayın 13-dən \"Bakı Kristal Zalı\"nda səhnəyə çıxacaq

Mayın 13-dən etibarən \"Bakı Kristal Zalı\"nda \"Eurovision 2012\" təmsilçilərinin məşqləri başlayacaq. SİA-nın bu ilki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin gün məşqlər saat 11:00-da başlayacaq.


Möhtəşəm \"Bakı Kristal Zalı\"nın səhnəsində ilk məşq edən ölkə Monteneqro təmsilçisi Rambo Amadeus olacaq. Ənənəvi olaraq hər ölkəyə məşqə 40 dəqiqə vaxt verilir. İlk məşq günündə Monteneqrodan əlavə, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya təmsilçiləri \"Bakı Kristal Zalı"nda səhnəyə çıxacaqlar. Hər bir təmsilçi məşqini bitirdikdən sonra onun mətbuat konfransı təşkil olunacaq. Sonuncu məşq 18:10-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə