Nailə Mehdiyevanın 80 illik yubileyi qeyd olunub

Nailə Mehdiyevanın 80 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında musiqişünas Nailə Mehdiyevanın 80 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə N.Mehdiyevanın Azərbaycan musiqisinin tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən danışıb.

F.Əlizadə bildirib ki, Nailə Mehdiyeva Azərbaycan musiqişünaslığında Qara Qarayev irsinin tədqiqatçılarından biri kimi tanınır.

Sədr çıxışında qeyd edib ki 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirən N.Mehdiyeva elə həmin ildən bu ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə başlayıb. O, 1968-ci ildə Sankt-Peterburq Konservatoriyasında professor A.N.Dmitriyevin rəhbərliyi ilə "Q.Qarayevin kino musiqisi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi kimi çalışıb. Böyük zəhməti sayəsində o, sonralar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı, kafedra müdiri vəzifələrinədək yüksəlib. Bu illər ərzində Nailə Mehdiyeva çoxsaylı elmi konfranslarda, mətbuat səhifələrində maraqlı məqalələrlə çıxış edərək, bir sıra elmi kitabların müəllifi kimi tanınıb.


Tədbidə iştirak edən əməkdar artist Nərgiz Əliyarova Qara Qarayevin Piano üçün "Tsarskoye selo heykəli" əsərini royalda ifa edib. Gənc müğənnilər Vüsal Hacıyev, Fidan Süleymanova və Nurlan Növrəsli dahi bəstəkarımız Tofiq Quliyevin "İlk bahar", "Axşam" və "Azərbayc n" mahnılarını Tural Usubovun royalda müşaiyəti ilə oxuyublar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Nailə Mehdiyeva tələbələri ilə fəxr etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня