Macarıstanın \"Eurovision 2012\" təmsilçiləri ifa edəcəkləri mahnı haqqında danışdılar

Macarıstanın \"Eurovision 2012\" təmsilçiləri ifa edəcəkləri mahnı haqqında danışdılar

Macarıstanın Eurovision 2012 təmsilçisi \"Compact Disco\" qrupu builki şouda səsləndirəcəkləri mahnıdan danışıb. SİA-nın məlumatına görə, qrup Bakı səhnəsində ifa olunacaq \"Sound of Our Hearts\" mahnısının seviləcəyinə inanır.


Qrup üzvləri bildiriblər ki, bu mahnını bacardıqları qədər geniş auditoriyaya təqdim etmək istəyirlər. \"Biz bir neçə qonşu ölkədə olmuşuq. Bundan sonra Amsterdam və Londona da səfər edəcəyik. Qarşıda bizi çoxsaylı imkanlar gözləyir\".


Müsabiqə mahnısının klipində isə evsiz insanın çətin həyatı canlandırılır. Təmsilçi qrup bu il \"Bakı Kristal Zalı\"nda ifa olunacaq mahnılardan İsveç, İsveçrə, Danirmarka, Kipr və Slovakiyanı bəyəndiklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə