Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Aprelin 2-dən 6-dək "Nizami" Kino Mərkəzində Rusiya Kinosu Günləri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kino günləri çərçivəsində son illərdə istehsal edilən müxtəlif janrlara aid beş film nümayiş etdiriləcək.


Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Kinosunun İnkişafına Yardım Fondunun birgə təşkil etdikləri kino həftəsi aprelin 2-də "İngilis sahil küçəsində ev" filmi ilə açılacaq. Digər günlərdə "Cənab Qolovlyovlar", "On qış", "Qaydasız" və "İspaniyalı" bədii filmlərinin nümayişi nəzərdə tutulur.


Kino proqramını Rusiya Kinosunun İnkişafına Yardım Fondunun idarə heyətinin sədri, Avrasiya Televiziya və Radio Akademiyasının üzvü Mixail Alekseyev təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə