Türkiyə “Eurovision- 2012”də qalib ola bilməz

Türkiyə “Eurovision- 2012”də qalib ola bilməz

Türkiyənin "Eurovision- 2012" təmsilçisini seçən TRT kanalının rəhbəri İbrahim Şahin niyə Can Bonomonu seçməsinin səbəbini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, kanal müdiri qonaq olduğu verilişlərin birində təmsilçini onun keçmişi ilə bağlı Türkiyəyə qarşı mənasız iddiaları aradan qaldırmaq (Türkiyə İsrail münasibətləri) və bununla da ölkəyə veriləcək səslərin artırılmasını təmin etmək məqsədi ilə seçildiyini deyib.

\"Can Bonomunun klipi Avropada rekord göstərici ilə izlənilir, çünki fərqli alınıb. Onun müsabiqədəki şansını necə qiymətləndirirsiniz?\" sualına isə Şahin belə cavab verib: "Müsabiqə bu il Bakıda olmasa idi birinciliyi qazana bilərdik. Çünki başqa bir türk dövləti 1 il sonra təkrar olaraq Türkiyəyə və ya türk dilində danışan ölkəyə birincilik verməz. İkincisi isə bu il Ermənistan müsabiqəyə gəlməkdən imtina etdi və onlara veriləcək səsin bizə veriləcəyi üçün....."

"Keçən il ən böyük uğursuzluğumuz Azərbaycan, Ermənistan kimi bizə səs verən ölkələrlə eyni qrupda olduğumuz üçün səslərimiz bölünmüşdü. Ölkələr arasında səslərin bölünməsi xaricində, siyasi müsabiqəyə çevrildiyi üçün bu il birinci olmaq kimi istəyimiz yoxdur",- deyə əlavə edib.

İbrahim Şahin onu da qeyd edib ki, əsas olan ölkəni layiqli şəkildə təmsil etməkdir: "Ancaq müdir olduğum dövrdə birinci yerə sahib olmağımızı çox istərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə