"Eurovision" Mahnı Müsabiqəsi 2012-nin mayın 26-da keçiriləcək final mərhələsinin biletlərinin satışına başlanılıb. Euroision.az saytı xəbər verir ki, hazırda final mərhələsinin biletlərini eurovision.tv saytında online sistemindən əldə etmək mümkündür. Final mərhələsinin biletləri 160-240 manatadır.
Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sistemində bilet əldə edəcək şəxsin adı və soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin daxil etmək mütləqdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB