Bu gün Estoniya və Litva \"Eurovision-2012\" təmsilçisini seçir

Bu gün Estoniya və Litva \"Eurovision-2012\" təmsilçisini seçir

Bu gün Estoniya və Litva \"Eurovision-2012\" Mahnı Müsabiqəsi üçün öz təmsilçisini seçir. SİA-nın məlumatına görə, Estoniyada təmsilçilik uğrunda 10 finalçı yarışacaq. Münsiflər heyətinin və tamaşaçıların rəyi ilə onların arasından iki super finalçı seçiləcək. Ən çox tamaşaçı rəğbətini qazanan iki super finalçıdan biri ölkəni Bakı səhnəsində təmsil etmək şansı qazanacaq.


Litvanın bu gün keçiriləcək Milli Finalında isə 14 nəfər ölkə təmsilçiliyi uğrunda mübarizə aparacaq. Tamaşaçılar super final üçün üç ən yaxşı mahnını seçəcək. Münsiflər heyətinin qərarı ilə həmin üç mahnıdan ən layiqlisi müəyyən ediləcək. Qalib mahnının ifaçısı \"Eurovision-2012\"-də ölkəsini təmsil edəcək.


İspaniya isə bu gün Bakı səhnəsində ifa olunacaq mahnısını müəyyənləşdirəcək. Bu ölkəni \"Eurovision 2012\"-də təmsil edəcək Pastora Solerin ifa edəcəyi mahnı üç kompozisiya arasından seçiləcək. Mahnının seçimi münsif və tamaşaçı səsverməsi ilə olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə