Nazir müavini: \"Azərbaycanfilm” Kinostudiyasının əsaslı təmirinə bu ildən start veriləcək\"
Nazir müavini daha bir məsələyə toxunub: \"Azərbaycanın bütün bölgələrində və rayonlarında fəaliyyət göstərən kinoteatr və klublar bərpa olunacaq\".
"Bizi narahat edən məsələlərdən biri Azərbaycan kinosunun yayımı, prokat məsələləridir. Uzun illərdən bəri kinoteatrların normal fəaliyyət göstərməməsi səbəbindən yayım məsələləri aşağı səviyyədə təşkil olunurdu. Artıq sentyabrın sonunadək Azərbaycanın bütün regionlarında eyni vaxta 120-yə yaxın kinoteatr bərpa olunub, istifadəyə veriləcək. Bu işlərin həm konsepsiya, həm nəzarət mexanizmi kinostudiyanın rəhbərliyinə həvalə olunub".
Qeyd edək ki, "Azərbaycanfilm" Kinostudiyası 50 il bundan qabaq tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir yoxdur. Səsyazma sexi, otaqları, dəhlizləri bərbad haldadır. Çəkiliş texnologiyası isə 1974-cü ildə alınan texnologiyadır. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.
Onu da xatırladaq ki, 2005-ci ildə kinostudiyada təmir işləri başlasa da, yalnız dam örtüyünün yenilənməsi ilə kifayətlənmişdi. Bu 6 il müddətində ölkənin ilk və yeganə kinostudiyasının əsaslı təmir işləri yarımçıq dayandırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB