Gürcüstanı may ayında Bakıda keçiriləcək \"Eurovision- 2012\"də Anri Jokhadze "I’m a jocker" mahnısı ilə təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, o, Milli Final gecəsində 9 ifaçı arasından seçilib.
Qalib münsiflər heyətinin rəyi və tamaşaçıların göndərdiyi SMS-lə müəyyən edilib. Münsiflər heyətində Gürcüstanın Eurovision 2007-ci il təmsilçisi Sofo Xalvaşi (Sopho Khalvashi) və 2010-ci il təmsilçisi Sofo Nijaradze (Sopho Nijaradze) olub.
Milli Final gecəsində həmçinin Azərbaycanın Eurovision 2012 təmsilçisi Səbinə Babayeva çıxış edib. Təmsilçimiz yarışmaçılara Aretha Franklinin "(You make me feel like) A Natural Woman" mahnısı ilə dəstək olub.
Qeyd edək ki, Səbinə Babayeva 2011-ci ildə Anri Jokhadze ilə duetdə "Sixvarulis Tamashi" ("Sevgi oyunları") mahnısını ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB