Aktrisa və rəssam Suğra Bağırzadənin fərdi sərgisi açılıb - FOTOSESSİYA

Aktrisa və rəssam Suğra Bağırzadənin fərdi sərgisi açılıb - FOTOSESSİYA
Bu gün aktrisa və rəssam Suğra Bağırzadənin fərdi sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərgi Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutub.


Açılışda iştirak edən xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, uşaqlıqdan onun həyatı incəsənətlə bağlı olub: \"Aktyorluq istedadı olduğu üçün uğurla filmə çəkilib. Güllərə olan həvəslə hobbi kimi başlayan maraq yavaş-yavaş peşəyə çevrildi. Canlı güllərdən orijinal kompozisiyalar ona rəssam-florist kimi şöhrət gətirdi. Azərbaycanda yeganə rəssamdır ki, florist janrında əsərlər yaradır\".


Məlumat üçün bildirək ki, sərgidə rəssamın 80-dən çox əsəri nümayiş olunub. Sərgi fevralın 19-na kimi davam edəcək.


Qeyd edək ki, Suğra Bağırzadə mühəndisdir, \"Azərbaycanfilm\" kinostudiyasında texniki şöbənin baş mühəndisi işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə