Can Bonomo və Kurt Kalleya Bakıya gəlir

Can Bonomo və Kurt Kalleya Bakıya gəlir

Türkiyə və Maltanın \"Eurovision- 2012\" təmsilçiləri Bakıya gəlir. İşçi Qrupundan SİA-ya verilən məlumata görə, Can Bonomo və Kurt Kalleya (Kurt Calleja) Azərbaycanın \"Eurovision 2012\" təmsilçisinin müəyyənləşəcəyi möhtəşəm Milli Final gecəsində finalçılarımıza dəstək olacaq.


Can Bonomo və Kurt Kalleya Heydər Əliyev Sarayındakı qala konsertdə sevilən mahnıları ilə çıxış edəcək.


Qeyd edək ki, fevralın 12-də Azərbaycanın müsabiqə təmsilçisi seçiləcək. Finalda 5 iştirakçı-Fəqan Səfərov, Elton İbrahimov, Orxan Kərimli, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparır.



Bütün xəbərlər Facebook səhifəmizdə