Bərdədə yeni mədəniyyət sarayı tikiləcək

Bərdədə yeni mədəniyyət sarayı tikiləcək

Bərdədə aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində rayonda Mədəniyyət Mərkəzi inşa ediləcək. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ötən əsrin ikinci yarısında inşa edilmiş Mədəniyyət Sarayı tamamilə yararsız hala düşdüyündən bina sökülərək yenisi ilə əvəz ediləcək.

Mədəniyyət sarayında idman məktəbi ilə yanaşı musiqi məktəbi və bir neçə dövlət müəssisəsi fəaliyyət göstərir. Sarayın bu cür yararsız hala düşməsi bu müəssisələrin də fəaliyyətinə mənfi təsir göstərir. Binanın damı yararsız hala düşdüyündən yağan qar və yağış suları binanın içərisinə axır. Şüşələr qırılıb, tavan və döşəmələr isə suyun təsirindən erroziyaya uğrayıb.

Binanın bərpası mümkün olmadığından bina sökülərək dövlət proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə daha böyük, bir neçə mərtəbəli bina inşa ediləcək.

Qeyd edək ki, müasir tələblərə uyğun tikiləcək yeni mədəniyyət saryının ətrafında insanların istirahəti üçün yeni parkda salınacaq.


Şamxal Adıgözəlov


Bütün xəbərlər Facebook səhifəmizdə