Mədəniyyət və Turizm Nazirliyindən kitabxana rəhbərliklərinə xəbərdarlıq edilib
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi kitabxana rəhbərlərinə işə yalnız bu sahə üzrə bilikləri və təhsili olan olan mütəxəssisləri qəbul etməyi tapşırıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, şəhər, rayon kitabxanalarına, onların filiallarına ali və orta ixtisas təhsilli, kompyuter və informasiya texnologiyaları üzrə bilikləri mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdır.
Nazirliyin bu tapşırığının məqsədi \"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı\"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı və Nazirlər Kabinetinin 162 nömrəli, 11 oktyabr 2011-ci il tarixli \"Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştatları haqqında\" qərarının icrasını təmin etməkdir.
Nazirliyin digər tapşırığı isə Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə bağlı şəhər, rayon kitabxanalarında Xocalı soyqırımı ilə əlaqədar anım tədbirləri, "dəyirmi masalar" və görüşlər keçirilməli, kitab və fotosərgilər təşkil olunmalıdır.
Tədbirlərin keçirilməsi barədə məlumatlar mərkəzi kitabxanaların Veb-saytlarında yerləşdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB