\"Eurovision- 2012\" də mübarizə aparacaq 5 finalçının adları məlum oldu- FOTOSESSİYA
Azərbaycanın "Eurovision-2012" təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçim turunun yarımfinal mərhələsi başa çatdı. SİA-nın məlumatına görə, 8 iştirakçı bu gün İctimai Televiziyanın canlı efirində son performanslarını nümayiş etdiriblər.
Final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparıb. Bu 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var idi. Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılıb.
Tədbirdə qonaq qismində əməkdar artist Abbas Bağırov iştirak edib. Müğənni favroriti olduğu iştirakçıların adlarını belə açıqlamaqdan çəkinməyib. O, Səbinə Babayeva və Xəyyam Mustafazadəyə dəstək olduğunu bildirib.
Daha sonra həmin iştirakçılardan olan 5 nəfər finala vəsiqə qazanıblar. Həmin iştirakçılar Orxan Kərimli, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Arzu İsmayılova olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB