Fevralın 4-də tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçiriləcək

Fevralın 4-də tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçiriləcək

Fevralın 4-də \"Eurovision- 2012\" mahnı müsabiqəsi ilə bağlı tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçiriləcək. Müsabiqənin İşçi qrupundan SİA-ya verilən məlumata görə, seçimlər şənbə günü saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.


Yanvarın 6-sı və fevralın 4-də kastinqlərdən uğurlu nəticə əldə edən iştirakçılar ikinci mərhələyə dəvət olunacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq.


Məlumat üçün bildirək ki, kastinqlərin keçirilməsində məqsəd Eurovision Mahnı Müsabiqəsinin tanıtım videoçarxlarda çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.


Qeyd edək ki, ilk kastinqlər yanvarın 6-da keçirilib. Bu seçimlərdə 388 nəfər iştirak etmişdi. Kastinqin meneceri Tahir Əliyevin bildirdiyinə görə, yanvarın 6-dakı kastinqlərdə çoxsaylı şəxsin iştirakı böyük maraq doğurub. "Ümid edirik ki, kastinqlərə qatılmaq istəyən digər şəxslər fevralın 4-də ikinci kastinqlərə gələcək və biz istədiyimiz nəticəni əldə edəcəyik".



Bütün xəbərlər Facebook səhifəmizdə