Adil Kərimli: \"Eurovision\" üçün ənənəvi sayılan açarın təhvil-təslimi formatından bir qədər kənarlaşmışıq\"
Onun sözlərinə görə tədbir Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun keçiriləcək: \"Tədbirdə \"Eurovision\" iştirakçılarının, yəni iştirak edəcək 43 ölkənin 1-ci və 2-ci yarım finallar üzrə bölüşdürülməsi prosesi, püşkatma mərhələsi olacaq. Əvvəlkilərdən fərqli olaraq \"Eurovision\" üçün ənənəvi sayılan açarın təhvil-təslimi formatından bir qədər kənarlaşmışıq. Yəni, daha geniş, daha möhtəşəm bir tədbir olacaq və ilk dəfə canlı yayımlanacaq. Tədbir Avropa Yayımları Birliyinin iştirakçı ölkələrinə yayımlanacaq və bir çox yayımçılar bu mərasimin canlı yayımını həyata keçirəcək. Digərləri isə bunun video yazısını sonrakı mərhələlərdə yayımlayacaq".
Tədbiri işıqlandırmaq üçün xarici ölkə jurnalistlərinin bir qrupu artıq Bakıdadır. Bir sıra iştirakçı dövlətlərdən, eləcədə də \"Euronews\" telekanalından çox sayda nümayəndələr gəlib. Adil Kərimlinin sözlərinə görə, rəsmi olaraq təşkilati işlərlə, bütövlükdə hazırlıq işləri ilə bağlı məsələləri əhatə edəcək bir mətbuat konfransı keçiriləcək. Bu barədə dəqiq məlumat işçi qrupu tərəfindən bir daha bütün mətbuat nümayəndələrinə yayılacaq. Təbii ki, mətbuat nümayəndələri bu konfransa dəvətlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB