“Yerə-göyə sığmayan” sənət fədaisi

“Yerə-göyə sığmayan” sənət fədaisi

Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın tanınmış aktyoru Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi yubileydə N.Fərzəliyevin yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlər səslənəcək. Mərasimdə həmçinin Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" bir hissəli tragikomediyası nümayiş etdiriləcək. Yubilyar bu səhnə əsərində Kişi rolunu canlandıracaq.

Zahiri görkəmi etibarı ilə yalnız xarakterik və uşaq obrazlarını yaratmağa daha çox uyğun gələn N. Fərzəliyev elə rejissorların da diqqətini ilk gündən bu cəhəti ilə cəlb edib. Azərbaycan və dünya klassikasının ən gözəl nümunələrində, həmçinin müasir səhnə əsərlərində müxtəlif xarakterlərin ona etibar olunması aktyoru təkcə teatr tamaşaçılarına deyil, həm də efir məkanında tanıdıb.

Zəngin daxili potensiala malik olan N. Fərzəliyev hər bir personajın xarakter və yaşayış tərzinə uyğun gələn cizgiləri tapmaq bacarığı onun peşəkar sənət adamlarından olmasından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə