Yand Ola Sand Azərbaycanda \"Eurovision\"a hazırlığı yüksək dəyərləndirib

Yand Ola Sand Azərbaycanda \"Eurovision\"a hazırlığı yüksək dəyərləndirib

"Eurovision" layihəsinin rəhbəri Yand Ola Sand, Düsseldorf şəhərinin meri Dirk Elsbers, eləcə də Avropa Yayımları Birliyindən nümayəndələr Bakıda səfərdədir. SİA-nın məlumatına görə, Yand Ola Sand İctimai Kanala müsahibəsində Azərbaycanda keçiriləcək \"Eurovision\" Mahnı Müsabiqəsinə hazırlığı yüksək dəyərləndirib.


\"Biz çox gözəl bir hadisənin ərəfəsindəyik. Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanması ən müasir texnoloji vasitələrlə həyata keçiriləcək. Müsabiqənin əsas yayımçı şirkəti İctimai Teleradio buna ciddi hazırlaşır. Biz şadıq ki, hər şey uğurla davam edir\", -deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə