Üzeyir Hacıbəylinin «Ər və arvad» operettası tələbələrin ifasında nümayiş olunub- FOTO

Üzeyir Hacıbəylinin «Ər və arvad» operettası tələbələrin ifasında nümayiş olunub- FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissoru fakültəsinin IV kurs tələbələrinin ifasında Üzeyir Hacıbəylinin "Ər və arvad" operettasının tamaşası nümayiş etdirilib. SİA-nın məlumatına görə, tələbələrin ifasında tamaşanın nümayişi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində baş tutub.


Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış "Ər və arvad" komediyası Şərqin ilk operettasıdır. Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan "Ər və arvad" 1910-cu il mayın 24-də Bakıda "Nikitin qardaşları" sirkində göstərilib və bununla da Musiqili Komediya Teatrının əsası qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə